"Avropa İttifaqının Rusiya"nın son neft sanksiyaları planı ilə bağlı əvvəlki sanksiyaları yumşaltması ilə neft bahalaşıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Avropa İttifaqı" dekabrın 5-də tətbiq edilməsi planlaşdırılan sanksiyalar üçün 45 günlük keçid dövrü nəzərdə tutub. Keçid dövrü dekabrın 5-dək neftlə yüklənmiş gəmilərə şamil olunacaq və yüklərini yanvarın 19-dək çatdıracaq. Bu gəmilərə qarşı sanksiyaların tətbiqi nəzərdə tutulmur. "Aİ" nümayəndələrinin bu gün yekun planı təsdiq edəcəyi gözlənilir. Bu görüşdə diplomatlar Rusiya neftinin tavan qiymət səviyyəsini də müzakirə edəcəklər. "Aİ" və "G7" ölkələri qiymət tavanlarını ən tez bu axşam elan edə bilərlər.


"ING Groep"in əmtəə strategiyasının rəhbəri Warren Patterson "Görünür, bu, Rusiyanın hazırda götürdüyü səviyyələrdən çox da uzaq olmayacaq" deyib.