"LG Display" avtomobillərdə ənənəvi dinamikləri əvəz etmək üçün yeni dinamik texnologiyasını təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, dinamikin qalınlığı 2,5 mm və ölçüsü 150 mm x 90 mm-dir. Kiçik düzbucaqlı formada olan dinamik avtomobilin müxtəlif nöqtələrinə yerləşdirilə bilir və səth vibrasiyası vasitəsilə səs çıxarır. "LG" şirkətinin açıqlamasına görə, dinamik zəngin və yüksək 3D səsi çatdıra bilər. Avtomobilin müxtəlif hissələrinə yerləşdirilə bilən dinamikdən şüşə üzərində də istifadə etmək olar.


Digər tərəfdən ənənəvi dinamikin yerinə "Thin Actuator Sound Solution" istifadə edilməsinin avtomobili yüngülləşdirəcəyi deyilir.