"Avropa İttifaqı"nın Rusiya nefti ilə bağlı tavan qiymət qərarı aydınlaşır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Aİ"nin Rusiya neftinə qarşı sanksiyalar planının əvvəlkilərlə müqayisədə yumşaldığı bildirilib. "Avropa İttifaqı" dekabrın 5-də tətbiq edilməsi planlaşdırılan sanksiyalar üçün 45 günlük keçid dövrü nəzərdə tutub. Keçid dövrü dekabrın 5-dək neftlə yüklənmiş gəmilərə şamil olunacaq və yüklərini yanvarın 19-dək çatdıracaq.
Bu gəmilərə qarşı sanksiyaların tətbiqi nəzərdə tutulmur.