Qətərdə keçirilən "2022 FIFA Dünya Kuboku" indiyə qədər öz seqmentində ən bahalı tədbir kimi seçilir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu rəqəmin Rusiyanın daha əvvəl xərclədiyi məbləğdən təxminən 16 dəfə çox olduğu bildirilir. Rəsmi olaraq açıqlanan rəqəm olmasa da, Qətərin dünya çempionatının infrastrukturuna 2229 milyard dollar xərclədiyi bildirilir. Stadion kimi tikinti və infrastruktura investisiyalardan başqa, təkcə Dohada “The Pearl” kimi tanınan yaşayış kompleksinə 15 milyard dollardan çox pul xərclənib. Doha metrosunun xərci 36 milyard dollardır. Çinlilər tərəfindən tikilən "Lusail" stadionu ən böyüyüdür və onun ətrafında salınan şəhər 22 mehmanxana ilə 200.000 insanı qəbul edə bilir.


Qətərdəki dünya çempionatını izləmək üçün ölkəyə bir milyona yaxın insanın gəldiyi bildirilir.