"Deus Ex Go" və digər "Square Enix" mobil oyunları bağlanır,
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, oyun proqramları "App Store" və "Google Play"dən çıxarılır. İsveçin oyun şirkəti "Embracer Group" may ayında "Deus Ex Go"nu satın alıb. "Embracer Group", oktyabr ayında əvvəllər hazırlanmış "Square Enix Montreal" oyun studiyasını Onoma Studios kimi rebrendinq edib. Bütün bu proseslərdən dərhal sonra mobil oyun tərtibatçılarının bağlanacağı xəbəri yayılıb.
Onoma rəsmi twitter hesabında "Deus Ex Go", "Arena Battle Champions", "Hitman Sniper", "Hidden Heroes" oyunlarının 4 yanvar 2023-cü ildən sonra mövcud olmayacağını açıqlayıb.