Noyabrın 23-də Çində 31 min 444 yeni yoluxma halı aşkar edilib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu halların 3 min 927-də simptomlar olub. Aprelin 13-də "COVID-19"a yoluxmaların sayı rekord həddə 29 min 317 olub. Paytaxt Pekində 509, Quançjouda 428 və Çonqinqdə 409 yeni simptoma yoluxma halı aşkar edilib.