Keçən il mobil oyun studiyası quraraq oyun aləminə addım atan "Netflix"in mobil oyun dünyasında axtardığını tapdığını söyləmək mümkün deyil.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət öz internet saytında Los-Ancelesdəki əsas studiyası üçün oyun direktoru axtardığını elan edib. “Biz yeni "AAA PC" oyunumuzu hazırlamaqda bizə kömək etmək üçün istedadlı oyun direktoru axtarırıq” bəyanatı platformanın ardınca olduğunu xəbər verir.


Bundan əlavə, həm "FPS", həm də "TPS" oyunları və "Live Service" oyunlarında təcrübənin axtarılan bacarıqlarda üstünlük verilən meyar olması "Netflix"in "PC" üçün böyük büdcəli "FPS" oyunu edəcəyini göstərir.