Gözlənilən xəbər "Amazon"dan gəlib


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Amazon", Sam Bankman-Fried və "FTX"in çöküşü haqqında 8 seriyalı mini serial üzərində işlərə başlayıb. Serialın "Amazon"un “Prime” video axını xidməti vasitəsilə yayımlanması gözlənilir. Çəkilişlərinə başlayan serialın prodüser şirkəti məşhur rejissorlar Entoni Russo və Co Russo tərəfindən qurulan "AGBO" olaraq təyin olunub.


Russo qardaşları “Community”, “Captain America: The Winter Soldier”, “Capitan Amerika: Vətəndaş Müharibəsi”, kimi mühüm istehsalatlara da rejissorluq ediblər.