"Trendyol" müştəriləri məhsulu endirimlə əldə etmək üçün satıcının müəyyən etdiyi qrup sayına çatmalıdır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, qrupların sayını minimum 2, maksimum 10 nəfər kimi satıcılar müəyyən edə bilər. Müştərilərin endirimdən yararlanması üçün satıcıların müəyyən etdiyi məhsulu "Dostlarla Al" qiyməti ilə səbətə əlavə etməli və ya məhsulu almaq üçün dostunun paylaşdığı linkə tıklamalıdırlar.


Qrupun başlanğıcından etibarən 24 saat ərzində müəyyən platformalarda qrupa aid linkin paylaşılması, müəyyən edilmiş insan sayı qədər alış-veriş etmək üçün vacibdir.