"Avropa İttifaqı Komissiya"sının sədri Ursula fon der Leyen, “Əminəm ki, çox yaxında Rusiya neftinin qlobal tavan qiymətini təsdiq edəcəyik" deyib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Ursula fon der Leyen səfərdə olduğu Finlandiyanın paytaxtı Helsinkidə Finlandiyanın baş naziri Sanna Marin, Estoniyanın baş naziri Kaja Kallas və İsveç baş nazirinin müavini Ebba Buş ilə birgə mətbuat konfransı keçirib. Rusiyanın hücumlarına görə Ukrayna xalqının qışı işıqsız keçirməyə məcbur olduğunu bildirən von der Leyen, "Körpələr, onların valideynləri, nənələri və babaları qaranlıqdadır və donurlar. Bu vəhşi hücumları şiddətlə qınayıram. Bunlar müharibə cinayətləridir. "


"Bu gün elan edə bilərəm ki, biz tam sürətlə 9-cu sanksiyalar paketi üzərində işləyirik" deyə fon der Leyen bildirib.