Almaniyanın "Ifo Biznes Güvən" indeksi, enerji böhranı şəraitində Avropanın ən böyük iqtisadiyyatı üçün ümid siqnalları verən noyabrda keçən ay 84,5 punktdan 86,3 punkta yüksəlib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, baş ofisi Münhendə yerləşən "İqtisadi Tədqiqatlar İnstitutu" təxminən 9 min şirkətin iştirakı ilə keçirilən Alman biznes sorğunun noyabr ayı üçün nəticələrini dərc edib. Bazarın gözləntiləri indeksin 85 punkta yüksəlməsi idi. İndeksdəki yüksəlişin Almaniyadakı təbii qaz anbarlarının bu qışda tədarük çatışmazlığı qorxusunun azaldılması ilə dolu olduğunun açıqlanmasından sonra gəlməsi diqqət çəkib. Eyni dövrdə Almaniyada "Ifo Gözləntilər İndeksi" 75,9-dan 80-ə yüksələrkən, "Cari Vəziyyət İndeksi" isə 94,2-dən 93,1-ə enib.


Məsələyə münasibət bildirən Ifo prezidenti Klemens Fuest Almaniya şirkətlərində əhval-ruhiyyənin yaxşılaşdığını bildirib: "Şirkətlərin mövcud vəziyyətlə bağlı qiymətləndirmələri bir qədər az müsbət olsa da, qarşıdakı aylar üçün bədbinlik kəskin şəkildə azalıb."