"Avropa Mərkəzi Bankı"nın idarə heyətinin üzvü İzabel Schnabel inflyasiyanın hələ də yüksək olduğu bir mühitdə faiz artımını yavaşlatmağın tez olacağını bildirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Londonda çıxış edən Şnabel bildirib ki, qiymət artımlarının sürətlə yavaşlamasını gözləmək və inflyasiyanın varlığını qiymətləndirməmək hazırda "Mərkəzi Bank"ların üzləşdiyi ən böyük riskdir. Şahin üzvlərindən olan Schnabel, bəzi "ECB" səlahiyyətlilərinin son dövrdə faiz artım tempinin yavaşlayacağını dedikdən sonra bu haqda düşünməyin tez olduğunu ifadə edərək, “Neytral faiz dərəcəsinə yaxınlaşsaq da, indiyə qədərki məlumatlar göstərir ki, artım sürətini yavaşlatmaq üçün lazım olan yer məhduddur." qiymətləndirməsini edib.


Schnabel məlumatlara əsaslanaraq hərəkət etmək lazım olduğunu bildirdi