Məzmun yaradıcıları icma postlarına quiz stikerləri əlavə edə biləcəklər.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "YouTube" paylaşdığı video ilə yaradıcılar üçün viktorina stikerini sınaqdan keçirdiyini açıqlayıb. İcma yazıları xüsusiyyətinin 500-dən çox abunəçisi olan kanallar üçün açıq olduğunu nəzərə alsaq, test mərhələsindəki funksiyanın hələ hamı üçün açıq olmaqdan uzaq olduğunu söyləyə bilərik. "YouTube", "Quiz stikeri" ilə platformada iştirakını artırmağı hədəfləyir. Platformada artan əlaqə daha çox reklamçının platforma ilə məşğul olmasına səbəb ola bilər.
Bu yeni stiker həmçinin şirkətin "Instagram" və "TikTok" ilə rəqabətini asanlaşdıra bilər.