"Netflix" bu yaxınlarda "Netflix Games"in Los-Anceles ofisi üçün yeni iş elanları dərc edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, oyun mövzusunda iddialı bir şirkətə çevrilmək istəyən "Netflix", bir il ərzində bir çox mühüm addımlar atıb. Satınalmaları ilə bir il ərzində 5 oyun studiyasına çatan "Netflix", keçən sentyabr ayında Helsinkidə yeni mobil oyun studiyası da qurub. "Netflix Games" ilə birlikdə həm "iOS", həm də "Android" platformaları üçün mobil oyunlar inkişaf etdirən şirkət, oyun bazarındakı mövqeyini fərqli bir ölçüyə daşımağı hədəfləyir. "Netflix", "Netflix Games"in Los-Anceles ofisi üçün yeni iş elanları dərc edib. Sözügedən iş elanlarını araşdırdığımız zaman "Netflix"in "AAA" adlı yüksək keyfiyyətli "PC" oyunu üçün oyun direktoru axtardığını görürük.


"Netflix"in oyun üzrə vitse-prezidenti Mike Verdu Cənubi Kaliforniyada yeni bir oyun studiyası açacaqlarını və bu studiyanın rəhbəri Chacko Sonny olacağını paylaşmışdı.