"Çin Xalq Bankı" iqtisadiyyatı dəstəkləmək üçün məcburi ehtiyat nisbətini aşağı salıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Çin Xalq Bankı" artan "Covid-19" hadisələri və davam edən daşınmaz əmlak bazarı problemlərindən əziyyət çəkən iqtisadiyyata dəstəyi artırmaq üçün bu il ikinci dəfə ehtiyat tələbi nisbətini azaldıb. "PBOC", ölkədəki əksər banklar üçün məcburi ehtiyat nisbətini 25 baza bəndi azaltdığını açıqlayıb. Düzəliş dekabrın 5-də qüvvəyə minəcək və iqtisadiyyata 70 milyard dollar likvidliyin daxil olmasını təmin edəcək.


"Nomura"nın Çin üzrə baş iqtisadçısı Ting Lu, şirkətin modelinə istinad edərək, Çin iqtisadiyyatının "ÜDM" baxımından təxminən 20 faizinin "Covid" nəzarətindən mənfi təsirləndiyini və Şanxayın bağlanması zamanı qeydə alınan 21,2 faiz yüksək səviyyəyə yaxınlaşdığını söyləyib.