Çində istehsal və xidmət sektoru fəaliyyəti, "COVID-19" məhdudiyyətlərinin təsiri və qlobal tələbin yavaşlaması fonunda noyabr ayında son 7 aylıq minimuma düşüb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Milli Statistika Bürosu' tərəfindən hazırlanan istehsal "PMI", oktyabrda 49,2-dən noyabrda 48,0-a düşüb. "Qeyri-İstehsal sektoru satınalma menecerləri" indeksi də oktyabrda 48,7-dən noyabrda 46,7 bəndinə düşüb. "Milli Statistika Bürosu" tərəfindən hazırlanan "İstehsal PMI" məlumatları ümumiyyətlə böyük və ictimaiyyət tərəfindən idarə olunan şirkətlərə diqqət yetirməklə hazırlanır.


Özəl sektordakı kiçik və orta şirkətlərə diqqət yetirən Caixin "istehsal PMI", cümə axşamı günü yayımlanacaq.