Rusiyanın Ukraynaya təcavüzündən sonra tətbiq edilən iqtisadi sanksiyalara baxmayaraq, Avropanın Rusiya qazının dəniz yolu ilə idxalının rekord həddə çatması diqqət çəkirdi.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Avropanın dəniz yolu ilə Rusiya qazının idxalının rekord səviyyəsi onu göstərir ki, boru kəmərləri ilə axın demək olar ki, dayansa da, köhnə qitə bu mühüm yanacağa görə Moskvadan asılılığından tam qurtulmayıb. Adətən iri tankerlərlə daşınan Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalı bu ilin ilk on ayında ötən ilin eyni dövrü ilə müqayisədə 40 faizdən çox artıb. Bu, Brüsselin Rusiya mənbələrindən uzaqlaşmaq cəhdlərinə baxmayaraq, Avropanın Moskvadan qazı kəsməsinin nə qədər çətin olduğunu göstərir.
Bu dövrdə Avropanın dəniz yolu ilə idxalının 16 faizi Rusiya "LNG"nin payına düşüb.