Kriptovalyuta bazarlarının azalması "Kraken" kriptovalyutasının ixtisar yoluna getməsinə səbəb olub.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Kraken" azalan kriptovalyuta bazarı və azalan ticarət həcmini əsas gətirərək təxminən 1100 işçinin işdən çıxarıldığını açıqlayıb. "Kraken"in həmtəsisçisi və baş direktoru Jessie Powell, şirkətin mövqeyini izah edərək, son bir neçə ildə yüz milyonlarla istifadəçinin kripto məkanına daxil olduğunu və bunun "Kraken"i məcbur etdiyini bildirib.