"Rusiya Mərkəzi Bankı"nın, "Tənzimləmə və Təhlil Departamenti"nin rəhbəri Aleksandr Danliov Rusiya bank sektorunda itkilərin əhəmiyyətli dərəcədə azaldığını bildirərək, “Yəqin ki, bank sektoru bu il qazanc əldə edə bilməyəcək” deyib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Aleksandr Danliov paytaxt Moskvada açıqlamasında ölkədə bank sektorunun maliyyə nəticələrini ilin sonunda açıqlayacaqlarını bildirib. Bu ilin ümumən gəlirlilik baxımından mənfi olduğunu vurğulayan Danliov, “Maliyyə nəticələri mənfi olsa da, zərər xeyli azalıb. Yəqin ki, bank sektoru bu il qazanc əldə edə bilməyəcək” deyib.