"OPEC" və bəzi "qeyri-OPEC" istehsalçı ölkələrindən ibarət "OPEC+" qrupu, oktyabrın 5-də qəbul etdiyi qərarını davam etdirəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi 13 üzvlü "OPEC" və Rusiyanın başçılıq etdiyi "OPEC"ə daxil olmayan 10 neft hasil edən ölkənin enerji və neft nazirləri tərəfindən onlayn rejimdə keçirilən "34-cü Nazirlər Toplantısı" bazar şərtlərini qiymətləndirmək və dekabr ayı üçün həyata keçiriləcək hasilatın həcmini müzakirə edəcək.


Bəyanatda bildirilib ki, iştirakçı ölkələr bazarda baş verənləri müzakirə etmək və lazım gələrsə, neft bazarlarının tarazlığını və sabitliyini dəstəkləmək üçün təcili şəkildə görüşə bilərlər.