Rusiyanın əsas ixrac maddəsi olan neftdən qazanc əldə etməyə davam edəcəyi gözlənilir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Aİ" ölkələri uzun müddət davam edən danışıqlardan sonra Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər. Polşa və bəzi Baltikyanı ölkələr, ilk növbədə, qiymət səviyyəsinin Rusiyanın neftdən əldə etdiyi mənfəətə təsir etməyəcəyini əsas gətirərək barrel üçün 30 dollarlıq qiymət səviyyəsinin tətbiq edilməsini istəyirdilər.


Rusiya neftinin dəniz yolu ilə daşınmasında mühüm rol oynayan Yunanıstan, "Kıbrıs Rum Administrasiyası" və Malta kimi ölkələr barrel üçün 70 dollardan daha yüksək səviyyə təyin etməkdə israrlı olublar.