Ağıllı saatların şarj cihazları və simsiz qulaqlıqların doldurma qutuları smartfonların şarj cihazlarına əlavə edildikdə, bütün bu məhsulları daşımaq bir yükə çevrilir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu problemi dərk edən "Huawei", Çin sosial media platforması "Weibo" və "YouTube"da paylaşılan bəzi məzmunlara görə həll yolu üzərində işləyir. Şarj cihazı ağıllı saatlar və simsiz qulaqlıqların yaratdığı qarışıqlıqdan tamamilə xilas olmasa da, "Huawei"nin həlli, görünür, istifadəçilərin işini xeyli asanlaşdırır.