İsveçrə hökuməti ölkənin banklarında, mövcud olan Rusiya sərvətləri ilə bağlı indiyədək ən ətraflı açıqlama verib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "SECO" elan edib ki, 123 Rusiya vətəndaşının və ya qurumunun ölkə banklarındakı ümumi aktivləri 49 milyard dollar təşkil edir. "SECO"nun ikitərəfli iqtisadi əlaqələr üzrə rəhbəri Ervin Bollinqer bildirib ki, sanksiyaya məruz qalan məbləğ Rusiyanın İsveçrədəki bütün aktivlərinin yalnız bir hissəsidir.