Hindistan öz enerji ehtiyaclarına üstünlük verərək Rusiyadan neft almağa davam etməyi planlaşdırır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar ölkəsində səfərdə olan almaniyalı həmkarı Annalena Baerbok ilə görüşdən sonra açıqlama verib. Avropa ölkələrinin öz enerji ehtiyaclarını ön plana çıxararkən Hindistandan fərqli davranmasını istəməsinin düzgün olmadığını qeyd edən Caishankar, "Avropa öz seçimini edəcək. Bu onların haqqıdır" deyib.