Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, müxtəlif məhdudiyyətlərə baxmayaraq, bu ilin ilk 10 ayında Rusiya ilə Çin arasında ticarət həcmi 150 milyard dollara yaxınlaşıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Rusiya və Çinin bəzi qlobal problemlərə ortaq yanaşması olduğunu izah edən Mişustin, “Biz birlikdə çoxqütblü beynəlxalq münasibətlər arxitekturasının yaradılmasının tərəfdarıyıq. Biz ortaya çıxan çağırışlara və artan xarici təzyiqlərə qarşı birgə mübarizə aparmağa hazırıq” deyib.