"Morgan Stanley", iki illik fasilədən sonra Çin səhmləri üçün verdiyi tövsiyəyə böyük əhəmiyyət verib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Morgan Stanley", açıqladığı hesabatda Çin səhmləri üçün tövsiyəsini iki illik fasilədən sonra "çəki artımı" səviyyəsinə qaldırıb. "Morgan Stanley" strateqi Laura Vanq "Çində iqtisadiyyatın yenidən açılması istiqamətində aydın yolu müşayiət edən bir çox müsbət irəliləyişlər bizdən tövsiyələrimizi yüksəltməyi tələb edib. Biz bir neçə rüb ərzində davam edəcək mənfəət və qiymətləndirmə təftişlərinin başlanğıcındayıq" deyib.