"Chartered", daha çox kriptovalyuta şirkətinin iflasa uğradığı bir ssenaridə "Bitcoin"ə tələbatın azalacağını və rəqəmsal qızıla tələbatın artacağını, proqnozlaşdırmışdı.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Standard Chartered"in qlobal araşdırmalar şöbəsinin rəhbəri Erik Robertsenin sözlərinə görə, "Bitcoin"in qiymətinin gələn il daha 70 faiz enərək 5000 dollara düşməsi bazarların hələ qiymət vermədiyi sürpriz ssenarilərdən biridir.


Robertsen, "Bitcoin"ə tələbatın azala biləcəyini, rəqəmsallaşdırılmış qızıla tələbatın arta biləcəyini və qızılın qiymətinin təxminən 30 faiz artaraq unsiya üçün 2250 dollara çata biləcəyini düşünür.