“Business Management School”, “Facemark” və “HR Option”un təşkilatçılığı ilə keçirilən Azərbaycanın ilk və yeganə onlayn forumu "HR Agenda" 10-11 dekabr tarixlərində baş tutacaq.


“HR & Business mind” şüarı ilə 2020 və 2021-ci illərdə həyata keçirilmiş forumun əsas məqsədi ölkəmizdə bu sahə üzrə fəaliyyətin qlobal trend və təcrübələrə inteqrasiyasını sürətləndirməklə inkişafına qalıcı töhfələr verməkdir.


Spiker seçimi zamanı ölkəmizdə fəaliyyət göstərən yerli, eləcə də qlobal şirkətlərin HR rəhbərləri ilə yanaşı, dünya ölkələrinin aparıcı şirkətlərində çalışan həmyerlilərimiz və xarici peşəkarlara üstünlük verilməsi forumun əsas hədəfidir.


“Endless Fairs rəqəmsal platformasında onlayn formatda iki gün baş tutacaq HR Agenda `22-də bu il də spiker qismində dünya ölkələrinin aparıcı şirkətlərində rəhbər vəzifələrdə çalışan həmyerlilərimiz və xarici həmkarlar öz təcrübələrini paylaşacaqlar. İnsan resursları idarəçiliyinin müxtəlif istiqamətlərini əhatə edən mövzulara peşəkar və real təcrübələrə əsaslanan yanaşmaları dinləmək, dünya ölkələrinin bu sahədəki təcrübələrindən faydalanmaq komandanızın, dolayısıyla şirkətiniz və ölkəmizin bu sahədəki inkişafına dəyər qatacaq.