Tətbiq təhlili firması "Sensor Tower" tərəfindən paylaşılan yeni məlumatlara görə, "PUBG Mobile"ın gəliri günü-gündən artmağa davam edir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ilk dəfə 2018-ci ilin Mart ayında ortaya çıxan və qısa müddətdə böyük bir oyunçu bazasına çatan "PUBG Mobile", gəlir baxımından əhəmiyyətli bir mərhələni geridə qoydu. 2021-ci ilin mart ayında 5,1 milyard dollarlıq həddi keçən "PUBG Mobile", təxminən 1,5 ildə təxminən 4 milyard dollar gəlir əldə edib.


Həm "iOS", həm də "Android" platformalarında ən çox yüklənən oyunlar arasında yer alan "PUBG Mobile", ümumilikdə 1,1 milyard dəfə yüklənib.