"Meta"nınbir hissəsi olaraq daha əvvəl "Instagram"da gördüyümüz avatarlar artıq "WhatsApp"da mövcuddur.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Meta"da avatarların geniş şəkildə istifadəsi şirkətin "Metaverse" üçün vizyonuna doğru mühüm addımdır. Mark Zukerberq iyun ayında "Facebook"da paylaşdığı bir yazı ilə "Facebook", "Instagram" və "Messenger"də "Avatars Store" adlı avatarlar üçün xüsusi mağaza açacaqlarını bildirmişdi.


İstifadəçilər öz avatarlarını tərtib etmək üçün rəqəmsal geyimlər ala biləcəklər.