"Twitter" mavi tik abunə tətbiqinin dekabrın 12-dən etibarən başlayacağını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu proqramın "Apple" istifadəçiləri üçün daha baha olacağı açıqlanıb. Platformada edilən açıqlamada tətbiqin dekabrın 12-dən etibarən aktivləşdiriləcəyi bildirilib. Tətbiq üçün aylıq 8 dollar abunə haqqı alınacağı açıqlanıb. "Apple" istifadəçiləri üçün abunə haqqı 11 dollar olacaq.


Abunə tətbiqindən istifadə edənlər üçün paylaşımları redaktə etmək, yüksək keyfiyyətli videolar yükləmək və mavi işarə ilə hesabı təsdiqləmək mümkün olacaq.