19,25 milyon dollarlıq raundda "Partners Investment" başçılıq edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, investisiya raundunda "PureTech Health", "M Ventures", "KT Corporation" və "NEOM Company" iştirak edib. "ABŞ"da yerləşən şirkətin ümumi investisiya məbləği 41,3 milyon dollara yüksəlib. Şirkət səs analizi texnologiyasından istifadə edərək istifadəçinin sağlamlıq vəziyyəti haqqında məlumat verir.


"Sonde Health" 30 saniyəlik səs yazısı ilə tənəffüs yollarının xəstəlikləri ilə yanaşı, depressiya və narahatlıq kimi psixoloji pozğunluqların da diaqnozunu qoyur.