2012-ci ildə Danny Weissberg tərəfindən qurulan şirkət nitqi audio formatdan mətnə ​​çevirməyə diqqət yetirir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 4,7 milyon dollarlıq investisiyaya "AMIT Technion" rəhbərlik edib. İsraildə yerləşən şirkətin investisiya turunda "Tur", "Third Culture Capital" və "Cisco Investments" iştirak edib. "Voiceitt" yeni investisiyadan məlumat bazasını genişləndirmək üçün istifadə edəcək.


Şirkətin ümumi investisiya məbləği 20 milyon dollara yüksəlib.