Əslində həkim olan bir sahibkar tərəfindən yaradılan şirkət ilkin tibbi yardım, pediatriya, qadın sağlamlığı və distant qayğı xidmətlərini vahid platformada toplayır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki,investisiya raundunun iştirakçıları arasında "Vast Ventures", "Empire State Development"in "New York Ventures", "Genius Guild", "TXV Partners", "Gaingels" və əvvəlki investorlar "Humbition" və "Atento Capital" var idi. "ABŞ"da yerləşən şirkət yeni investisiyadan biznes proseslərini təkmilləşdirmək və yeni bazarlara çıxmaq üçün istifadə edəcək.


"Juno Medical"in ümumi investisiya məbləği 28,4 milyon dollara yüksəlib.