Qlobal bazarlarda bütün aktiv sinifləri "FED"in qərarına fokuslanarkən, diqqət neft bazarlarında faiz qərarına yönəlib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, neftdə Çində tələbin proqnozu və "OPEC"in aşağı yönlü reviziyası da izlənilib. Neft əvvəlki iki sessiyada 6% yüksəldikdən sonra "FED"in faiz qərarından əvvəl ucuzlaşıb. ABŞ xam neftinin fyuçersləri bir barel üçün 75 dollara düşüb, Brent markalı neft isə 80 dollara satılıb.