"Redwood Materials", Cənubi Karolinada elektrik avtomobillərinin akkumulyatorlarının təkrar emalı müəssisəsinə 3,5 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2023-cü ilin birinci rübündə fabrikin təməlinin qoyulması və ilin sonuna qədər ilk təkrar emal prosesinin başlanması hədəflənir. Şirkət "100 GWh" katod və anod komponentləri istehsal etməyi planlaşdırır. 600 hektarlıq zavodun 10 il ərzində təxminən 1500 nəfəri işlə təmin etməsi və ildə 100 "GWh" katod və anod komponentləri istehsal etməsi planlaşdırılır.