Google və Twitter ötən gün baş tutan Dünya Kuboku finalı ilə yeni rekordlar qırıblar.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Google CEO-su Sundar Pichai Twitter-də paylaşdığı tvitlə ötən gün baş tutan Dünya Kuboku Finalı zamanı son 25 ildə yəni şirkətin yarandığı gündən bəri ən yüksək axtarış trafikinin baş verdiyini açıqlayıb.


Google ilə yanaşı, məşhur sosial media platformasından da rekord qeydə alınıb. Twitter CEO-su İlon Mask, Fransanın Dünya Kubokunun finalında vurduğu qol zamanı cəmi bir saniyə ərzində 24.400 tvitlə yeni rekordun qırıldığını açıqlayıb.