Rəngli və dinamik reklamları ilə seçilən Nar, yeni çarxında fərqli auditoriyalara xitab edən və fərqli tələblərə cavab verən 4 məhsulunu bir çətir altında toplayıb. Bu məhsullardan ikisi yeni təkliflər olan eSIM xidməti və öyrədici tətbiqlərə endirimli abunəlik, digər ikisi isə hər zaman aktuallığını qoruyan və bazarda unikallığı ilə seçilən CavanNar tarifi və Çevir təklifidir.


“One-shot” (bir dubl) çəkiliş tərzi ilə ərsəyə gələn reklam çarxını izləyərkən, 45 saniyənin necə tez bitdiyini anlamaq çətin olur. Bu isə reklam çarxının dinamik və maraq dolu olmasından xəbər verir.


Hər zaman müştəri yönümlü olmasını özünə əsas prinsip olaraq seçən Nar-ın bu dəfəki kommunikasiya mesajı da düşünürük ki, uğurlu alınıb. Reklam çarxının sonunda “Səni fərqləndirən seçimlər” - deyən Nar, abunəçilərini rahat, sərfəli, əyləncəli və öyrədici seçimlərdən yararlanmağa və fərqlənməyə səsləyir.


Reklam çarxını izləyə bilərsiniz: