Bir çox məşhur film və serialların prodüseri Warner Bros. 2023-cü ildə 100 illik yubileyini qeyd edəcək. 1923-cü ildə Harri, Albert, Sam və Cek Uorner qardaşları tərəfindən qurulan şirkət Bugs Bunyy, Tom and Jerry, Harry Potter və The Matrix kimi böyük fanat kütləsi olan istehsalları ilə tanınır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir.


100 illik yubileyinə qədəm qoymağa hazırlaşan Warner Bros məşhur filmlər, televiziya şouları və Hollivud əfsanələrinin çıxışlarından ibarət geniş portfeli üçün müxtəlif loqo dizaynları yaratmışdır. "Hər hekayəni qeyd edirik" devizi ilə hazırlanmış Warner Bros. Şirkətin qəhrəmanlarını əks etdirən loqolarda şirkətin əqli mülkiyyətinə istinad edən əyləncəli kompozisiyalar var.


Kampaniyanın ikinci mərhələsində üzərində dizaynların çap olunduğu çanta, köynək və çətir kimi əşyalardan ibarət xüsusi kolleksiya satışa çıxarılacaq. Beləliklə, pərəstişkarları sevdikləri istehsalın xüsusi dizaynına sahib ola biləcəklər.