Tesla-nın CEO-su İlon Mask bildirib ki, daha iki il ərzində Tesla səhmlərini satmayacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Tesla-nın səhmləri adi ticarət saatlarında 8,9 faiz ucuzlaşdıqdan sonra cümə axşamı günü iş saatlarından sonrakı ticarətdə 3 faiz artaraq 129,23 dollara çatıb.


Mask əvvəllər Tesla səhmlərini satmayacağına söz vermişdi. Keçən həftə daha 3,6 milyard dollarlıq səhm satışı elan etdi və keçən ilin sonundan bu yana ümumi satışları 40 milyard dollara yaxınlaşdırdı.