"Alesta İnvestment SAFE" konvertasiya edilə bilən investisiya müqaviləsi çərçivəsində ABŞ'da yerləşən "CareX.AI" təşəbbüsünə sərmayə qoyub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Alesta İnvestment" konvertasiya edilə bilən investisiya müqaviləsi çərçivəsində ABŞ'da yerləşən "CareX.AI" təşəbbüsünə 60 min dollar sərmayə qoyub. Türk sahibkar Özcan Çıkmaz tərəfindən 2020-ci ildə Palo Altoda qurulan "CareX", süni intellekt və sağlamlıq texnologiyalarını bir araya gətirən bir həll üzərində işləyir.