Çində məhdudiyyətlər və işçi qüvvəsi problemləri səbəbindən "iPhone" tədarükündə gecikmələr var.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Apple"ın səhmlərinin düşməsinə səbəb olan bu problemin şirkətin 1 trilyon dollar dəyər itirməsinə səbəb olduğu iddia edilir. 4-cü rübün nəticələrini açıqlayan "Apple", "iPhone 14 Pro" və "iPhone 14 Pro Max" üçün tədarükün satışa çıxarıldığı gündən məhdud olduğunu söyləyib. Çində "Covid-19" məhdudiyyətləri səbəbindən istehsalda müvəqqəti azalma olub.


Bütün bunlar şirkətin "iPhone" tədarüklərinin gecikməsinə səbəb olub.