"TikTok" indi nümayəndələr palatasının sahib olduğu və idarə etdiyi bütün cihazlarda qadağandır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "TikTok"u tənqid edən ABŞ hökumət rəsmiləri proqramın Çin rəsmiləri tərəfindən ABŞ'a casusluq vasitəsi kimi istifadə oluna biləcəyindən narahat olduqlarını bildiriblər. "FTB" direktoru Chris Wray bunu "Çin Kommunist Partiyası üçün Truva Atı" adlandırıb və Çinlə əlaqələri tamamilə kəsənə qədər proqramın hökumət cihazlarında yeri olmadığını söyləyib.