Hollandiyada 2021-ci ildə yüzdə 2,7 olan illik inflyasiya, enerji və ərzaq qiymətləri səbəbiylə keçən il yüzdə 10-a yüksələrək 1975-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Hollandiya Statistika İnstitutu (CBS) ölkənin 2022-ci il üçün inflyasiya məlumatlarını açıqlayıb. 2021-ci ildə yüzdə 2,7 olan illik inflyasiya keçən il yüzdə 10-a yüksəldi. Beləliklə, 2022-ci ildə inflyasiya illik əsasda 1975-ci ildən bəri ən yüksək həddə çatıb.


Bildirilib ki, 2022-ci ildə inflyasiyanın artmasında enerji, yanacaq və ərzaq qiymətlərindəki artım təsirli olub.