İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu işə başlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, WEF bu il “Parçalanmış dünyada əməkdaşlıq” mövzusu ilə təşkil olunub. Forum 30 ölkədən 2700-dən çox iştirakçını bir araya gətirir. Onlardan 50-si dövlət və ya hökumət başçılarıdır. Bir çox beynəlxalq təşkilatların və iş dünyasının nümayəndələrinin də iştirak edəcəyi forum yanvarın 20-dək davam edəcək.


Forum çərçivəsində iqtisadiyyat, Rusiya-Ukrayna müharibəsi, Kovid-19 epidemiyası, texnologiya, enerji, iqlim dəyişikliyi, səhiyyə, miqrasiya və beynəlxalq böhran müzakirə olunacaq.