Microsoft minlərlə insanı işdən çıxarmağa hazırlaşır!


Facemark.az xarici mənbəyə istinadən xəbər ki, ABŞ-ın texnologiya şirkətlərindən biri olan “Microsoft” işçilərinin təxminən 5 faizini ixtisar etməyi planlaşdırır. 220 mindən çox işçisi olan Microsoft-un işçi qüvvəsini təxminən 5 faiz azaltmağı planlaşdırdığı qeyd olunub, bu da təxminən 11 min nəfərin ixtisarı deməkdir. Mövzuya yaxın mənbələr Microsoft-un yanvarın 18-də bəzi mühəndislik bölmələrində ixtisara getməyi planlaşdırdığını bildirib.


Digər tərəfdən, Microsoft-un keçən ilin oktyabr-dekabr dövrü üçün balans hesabatının yanvarın 24-də açıqlanacağı gözlənilir, analitiklər isə şirkətin 2017-ci maliyyə ilindən bəri ən yavaş gəlir artımını qeyd edəcəyini gözləyirlər.