Brüssel Şəhər Şurası gecə uçuşları qadağan etmək üçün addımlar atıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şəhər Şurasında iqtidar və müxalifət deputatlarının təsdiqlədiyi təklifdə Federal Hökumətdən saat 22:00-07:00 arasında Brüssel üzərində uçuşların qadağan edilməsi tələb edilib. Qətnamədə həmçinin hökumətdən hava limanlarının hərəkətinə illik məhdudiyyət qoyulması və sağlamlıq, ekoloji və iqtisadi məsələləri nəzərə alaraq səs-küy emissiyaları modeli və ya yaşına görə həddi aşan bəzi kateqoriyalı təyyarələrə qadağa qoyulması xahiş olunur.