Böyük Britaniyanın ONS məlumatlarına görə, ötən ilin sentyabr, oktyabr və noyabr aylarını əhatə edən üç aylıq dövrdə iqtisadiyyat 0,3 faiz azalıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Britaniya iqtisadiyyatı ötən ilin noyabrında 0,1 faiz artıb. Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatlarına görə, İngiltərə iqtisadiyyatı keçən ilin noyabr ayında 0,1 faiz böyüyərkən, iqtisadiyyatın tənəzzülə girmə ehtimalı azalıb. Resolution Foundation iqtisadçısı James Smith, ölkənin 2022-ci ildə tənəzzülə getmə şansının keçən ilin noyabrında qeydə alınan artım səbəbindən daha az olduğuna diqqət çəkib.


İngiltərə Bankı keçən ay yüksək inflyasiya ilə mübarizə məqsədilə siyasət faizinin 50 bənd artırılaraq 3,50 faizə çatdırıldığını açıqlamışdı.