Mesajlaşma proqramı "WhatsApp" Avropa İttifaqının (Aİ) məlumat məxfiliyini pozduğuna görə 5,5 milyon avro cərimələnib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İrlandiyada yerləşən Məlumatların Qorunması Komissiyası, şirkətin istifadəçiləri şəxsi məlumatlarının istifadəsinə icazə verməyə məcbur etdiyini açıqlayıb.


Komissiya bildirib ki, "WhatsApp" bu məlumatların “xidmətin təkmilləşdirilməsi və təhlükəsizliyi” təmin etmək üçün istifadə edilməsini istəyir. WhatsApp-ın AB məlumat məxfiliyini pozduğunu müəyyən edən Komissiya şirkəti 5,5 milyon avro cərimələyib.


"WhatsApp" isə qərara etiraz edəcəyini açıqlayıb.