İnstaqramın qurucusu və baş direktoru Adam Mosseri sosial media hesablarından platformaya gələcək yeni xüsusiyyətləri açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, istifadəçilər artıq proqram vasitəsilə paylaşma vaxtını əvvəlcədən təyin edə biləcəklər. Eyni zamanda, İnstaqramdan istifadə edən məzmun istehsalçıları artıq öz yazılarını birbaşa dərc etməli olmayacaqlar.


İnstaqrama daxil olan istifadəçilər seçimlər üzərinə kliklədikdən sonra foto və ya videoların daha sonra (75 günə qədər) paylaşılacağını planlaşdıra biləcəklər.